Yan 21, 2017 11:10 Asia/Baku
  • Tramp 3 sənəd imzaladı
    Tramp 3 sənəd imzaladı

ABŞ prezidenti Donald Tramp inaqurasiya mərasimindən sonra ilk rəsmi tədbirdə 3 sənəd imzalayıb.

İRİB-in məlumatına görə, Donald Trampın andiçmə mərasimindən sonra imzaladığı ilk sənəd general Ceyms Mattisin ABŞ müdafiə naziri kimi xidmət etməsinə dair sənəddir. 

General Ceyms Mattis sadəcə üç ildir ki, ABŞ ordusundan təqaüdə çıxıb. Halbuki müdafiə naziri olmaq üçün həmin şəxsin təqaüdə çıxmasından azı yeddi il keçməlidir. Buna görə, Tramp bu sənədi imzalayıb ki, general Mattis bu qanundan istisna olsun. 

Amerika Senatı da cümə günü quduz it kimi məşhurlaşan general Ceyms Mattisi müdafiə naziri vəzifəsi üçün təsdiqləyib. 

Bu məlumata görə, Tramp həmçinin başqa sənəd də imzalayıb. Sənədə əsasən Nazirlər Kabinetinin üzvləri və Senatda təsdiqlənməli olan yüksək səviyyəli digər rəsmilər elan olunublar. Bu rəsmilərdən Amerikanın Çindəki səfiri və yaxud bu ölkənin BMT-dəki nümayəndəsinə toxunmaq olar. 

Donald Tramp Ağ Evdəki ilk saatlarında imzaladığı digər bir sənəd isə, bir bildiriş idi. Buna əsasən bir gün Milli Vətənpərvərlik Günü kimi adlandırılacaq. 

Bununla yanaşı Ağ Ev bir bəyanatda bildirib: ABŞ prezidenti Donald Tramp hökuməti ABŞ-ın sabiq prezidenti Barak Obamanın iqlim addımları proqramı və digər ekoloji təşəbbüsləri ləğv etməyi üzərinə götürüb. 

Teqlər