Yan 21, 2017 11:40 Asia/Baku
  • Ruhingiya müsəlman azlığı əleyhinə sərtliyin tətbiq edildiyi təsdiqlənib
    Ruhingiya müsəlman azlığı əleyhinə sərtliyin tətbiq edildiyi təsdiqlənib

BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi bu ölkədə Ruhingiya müsəlmanlarına qarşı sərtliyin tətbiq edildiyini təsdiqləyib.

İRNA-nın məlumatına görə, Yanq Hey Li cümə günü Myanmada 12 gün qaldıqdan və Ruhingiya müsəlmanlarının acınacaqlı vəziyyətini araşdırdıqdan sorna təsdiqləyib ki, Raxin əyalətində 9 oktyabr hücumları ilə əlaqədar 450 nəfər həbs olunub. 

Bu səfər, xanım Yanq Hey Linin Myanmaya sayca beşinci səfəridir. Lakin o, 9 oktyabr hücumlarından sonra ilk dəfədir ki, Raxinə səfər edir. 

9 oktyabrda silahlı şəxslərin Raxin əyalətinin Maunqdau şəhəri ətrafında bir neçə polis şöbəsinə hücumundan sonra Ruhingiya müsəlmanlarına qarşı radikal buddaların qanlı hücumlarının yeni dövrü başlayıb. Bu hücumlar nəticəsində təxminən 100 müsəlman həlak olub, 60 min nəfər isə Naf çayını keçərək Banqladeşə sığınıb. 

İslam Əməkdaşlıq Təşkilatı da Kualalumpurda keçirdiyi fövqəladə iclasda verdiyi qətnamədə və yekun bəyanatda Myanmada Ruhingiya müsəlmanlarının incidilməsi və qırğın edilməsi prosesinin davam etməsindən nigaranlıq edərək bu ölkə hökumətindən beynəlxalq qaydalar və insan haqlarına sadiq qalmasını və zərərçəkən bölgələrə stabilliyin qayıtması üçün dərhal lazımi addımlar atmasını istəyib.