Yan 21, 2017 11:40 Asia/Baku
  • Türkiyə Əsədsiz Suriya böhranının həllinin qeyri-mümkün olduğunu etiraf etdi
    Türkiyə Əsədsiz Suriya böhranının həllinin qeyri-mümkün olduğunu etiraf etdi

Türkiyə baş nazirinin müavini deyib: Suriya prezidenti Bəşşar Əsəd olmadan bu ölkə böhranının həlli hazırkı şəraitdə qeyri-mümkün məsələdir.

Əl-Aləm telekanalının məlumatına görə, Türkiyə baş nazirinin müavini Mehmet Şimşək regiondakı hazırkı vəziyyətin dəyişdiyini etiraf edərək deyib: Türkiyə Bəşşar Əsədsiz Suriya böhranının həllini israr edə bilməz. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Vaşinqton Post qəzeti ilə müsahibədə Qazaxıstanda Suriya sülh müzakirələrinin məqsədini bu ölkədə atəkəsin bərpası və hökumət və müxalifət arasında birbaşa müzakirələrdə suriyalı tərəflərin iştirakı adlandırıb. 

Suriya sülh müzakirələri 23 yanvarda Qazaxıstan paytaxtı Astana şəhərində keçiriləcək. Müzakirələrin predmeti Suriyada atəşkəsin bərqərar olunması, bu ölkə böhranına son qoymaq üçün suriyalı-suriyalı müzakirələrin bərpa edilməsidir. 

Əvvəllər Türkiyə rəsmiləri Suriyada böhranın həllini Bəşşar Əsədin iqtidardan getməsi ilə şərtləndirmişdilər. 

Teqlər