Yan 21, 2017 11:40 Asia/Baku
  • İstanbulda təhlükəsizlik binasına hücum
    İstanbulda təhlükəsizlik binasına hücum

İstanbulda təhlükəsizlik binası naməlum şəxsin qumbaraatanla hücumuna məruz qalıb və bununla yanaşı şəhərdə partlayış baş verib.

İRİB-in NTV televiziyasına istinadla verdiyi məlumata görə, İstanbul valisi Vasip Şahin deyib: Cümə gecə İstanbul təhlükəsizlik binası qumbaraatanla hücuma məruz qalıb. Hadisədə tələfat olmayıb. 

Şahin bildirib: Atılan qumbara Vətən küçəsində təhlükəsizlik binasının həyətindəki divara toxunub və elə buna görə, ölən və ya yaralanan olmayıb. 

İstanbul valisinin sözlərinə görə, bu hücumu edən şəxsin müəyyənləşdirilərək həbs edilməsi üçün ətraf məhəllələrdə axtarış əməliyyat tədbirləri davam edir. 

Türkiyə mediaları həmçinin İstanbul şəhəri AKP binası yaxınlığında güclü partlayış səsinin eşidildiyini bildiriblər. Bu partlayış İstanbul şəhərinin Avropa hissəsində baş verib. 

Bundan öncə, yeni il gecəsi İstanbulda bir gecə klubuna hücumda 39 nəfər qətlə yetirildi. İŞİD terror qruplaşması bu hücumun məsuliyyətini üzərinə götürüb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar etiraf edib ki, bu ölkə de-stabillik problemi ilə üzləşib və buna görə, siyasətini dəyişib. 

Teqlər