Yan 29, 2017 13:21 Asia/Baku
  • H.Klinton Trampa qarşı etirazlara dəstək verib
    H.Klinton Trampa qarşı etirazlara dəstək verib

ABŞ-da son prezident seçkilərinin məğlub namizədi Hillari Klinton Amerika prezidenti Donald Trampın son fərmanına qarşı dünya səviyyəli etirazlara dəstək verib.

İRNA-nın verdiyi məlumata görə, Klinton Trampın anti-miqrant fərmanına etiraz edənlərə dəstək verərək müsəlmanlar və miqrantlarla həmrəyliyini bildirib. 

Eyni zamanda bir sıra respublikaçı və demokrat senator da Trampın son fərmanını pisləyiblər. 

Miçiqan ştatının respublikaçı senatoru Castin Amaş Trampın fərmanının ifratçı olduğu və ABŞ konstitusiyasını zəiflətdiyini deyib. 

Nyu-York ştatının demokrat senatoru və senatda azlığın rəhbəri Çarlz Şumer də Kaliforniya və Konnektikut ştatlarının demokrat senatorları ilə birlikdə prezident Donald Trampın 7 müsəlman ölkənin vətəndaşları və miqrantların Amerikaya gəlişinə qoyduğu qadağanı qınayıblar. 

Teqlər