Fev 05, 2017 10:24 Asia/Baku
  • Poul Rayan: İranın nüvə anlaşması qalacaq
    Poul Rayan: İranın nüvə anlaşması qalacaq

ABŞ Nümayəndələr Palatasının sədri deyib: İranla nüvə anlaşması Respublikaçıların qarşı çıxmasına baxmayaraq, qalacaqdır.

CNN xəbər televiziyasının məlumatına görə, ABŞ Nümayəndələr Palatasının sədri Poul Rayan şənbə günü İranla nüvə anlaşması haqda öncəki mövqeyindən geri çəkilərək deyib: Respublikaçıların əksəriyyətinin qarşı çıxmasına baxmayaraq, bu anlaşmanın çox hissəsi icra olunub və İran əleyhinə çoxcəhətli sanksiyalar ləğv edilib. 

O deyib: Amerikanın şəriklərini İranı yenidən təzyiq altına sala biləcək nöqtəyə qaytarmaq çox çətin olacaqdır. 

ABŞ Nümayəndələr Palatasının sədri iki gün öncə İranla nüvə anlaşmasından təəssüflənərək İran əleyhinə sərt yolu dəstəkləyərək demişdi ki, Tehran əleyhinə əlavə sanksiyaların tətbiq edilməsini dəstəkləyir. 

Rayan əlavə edib: Mən İran əleyhinə sanksiyaların tətbiq edilməsinin tərəfdarıyam. Elə buna görə, İran haqda sərt siyasətin yürüdülməsinə inanıram. 

Amerika rəsmilərinin bu açıqlaması ilə yanaşı qeyd edək ki, Nyu-York Tayms qəzeti son vaxtlar bir məqalədə ABŞ prezidenti Donald Tramp tərəfindən İranla nüvə anlaşmasının qorunması və ya ləğv edilməsi üzrə ehtimal olunan ssenariləri araşdırıb və nəticə çıxarıb ki, beynəlxalq ictimaiyyət və Amerikanın ümumi fikri ona və həmrəylərinə anlatmalıdırlar ki, bu anlaşmanın qorunması Birləşmiş Ştatlar və dünyanın xeyrinə olacaqdır. 

Teqlər