Fev 11, 2017 12:59 Asia/Baku
  • Fransada polis zorakılığına qarşı aksiya
    Fransada polis zorakılığına qarşı aksiya

Paris və Marsel şəhərlərində əhali polis zorakılığına qarşı etiraz aksiyası keçirib.

Le Mond qəzetinin internet portalının bildirdiyinə görə, Paris və Marsel şəhərlərində yüzlərlə adam dünən polis zorakılığına qarşı etiraz aksiyası keçiriblər. 

Aksiya iştirakçıları Fransa polisinə qarşı "hücumçu", "təcavüzkar" və "qatil" şüarları səsləndiriblər. 

Fransanın digər şəhərlərində də son günlər ərzində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. 

Cari miladi ili fevral ayının 2-də Parisin ətrafında yerləşən "Aulnay-sous-Bois" bölgəsində Teo adlı gənc bir oğlan polis tərəfindən həbs edilərkən bir polisin ona təcavüz etdiyi və digər 3 polisin isə onu döydüyü bildirilir.  

Fransa ədliyyə rəsmilərinin dediklərinə görə, sözügedən 4 polis müvəqqəti olaraq saxlanılıb və onlardan üçü polis idarəsində işləməkdən məhrum edilib. 

Teqlər