Fev 12, 2017 12:15 Asia/Baku
  • Moqerini: Avropa İranla nüvə anlaşmasını qorumağa çalışır
    Moqerini: Avropa İranla nüvə anlaşmasını qorumağa çalışır

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru deyib ki, bu birlik İranla nüvə anlaşmasını qorumağa çalışır.

IRIB-nin məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini fevralın onunda Brüsseldə keçirilən Atlantika Şurasının iclasında bildiribdir ki, amerikalı rəsmilərlə görüşündə Vaşinqtonun da İranla nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qaldığına əmin olubdur. 

Moqerini söyləyib ki, nüvə anlaşması sahəsində Amerikanın yeni dövlətilə müştərək zəminlər tapıbdır.

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Vaşinqtona səfərində ABŞ-ın dövlət katibi Reks Tillerson, milli təhlükəsizlik müşaviri Maykl Flin və prezident müşaviri Cerd Kuşner, həmçinin bir qrup amerikalı konqresmen ilə görüşlər keçiribdir.

İran ilə 5+1 qrupu arasında nüvə anlaşması 2015-ci ildə əldə olundu. Amerika prezidenti Donald  Tramp bundan öncə nüvə anlaşmasını pis bir anlaşma adlandırmışdı.

Teqlər