Fev 24, 2017 12:15 Asia/Baku
  • Tramp: ABŞ atom silahı sahəsində öncül olmalıdır
    Tramp: ABŞ atom silahı sahəsində öncül olmalıdır

ABŞ-ın qalmaqallı prezidenti ziddiyyətli açıqlamasında bir tərəfdən atom silahının yayılmasının qadağan edilməsini istəyib, digər tərəfdən isə ABŞ-ın digər ölkələrlə müqayisədə həmişə ən böyük nüvə cəbbəxanasına sahib olmalı olduğunu bildirib.

Donald Tramp cümə axşamı günü Röyterslə müsahibədə atom silahları olmayan dünyanı istədiyini iddia edib: "Bununla belə, ABŞ heç vaxt nüvə silahları sektorunda başqa ölkələr, hətta dost ölkələrdən geri qalmayacaq. 

ABŞ və Rusiya 10 illik Neo-Start adlı müqaviləni imzalamışlar. Bu müqavilə əsasında iki tərəfin öz nüvə cəbbəxanalarına bəzi əsaslı məhudiyyətləri tətbiq etmək üçün 2018-ci ilə qədər vaxtı vardır. Bu müqaviləni bir tərəfli hesab edən və onu Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə müqayisə edən ABŞ prezidenti Donald Tramp deyib: Bu da, Amerikanın imzaladığı pis anlaşmalardan biridir. 

ABŞ prezidenti həmçinin Şimali Koreyanın nüvə sınaqlarına da münasibət bildirib: ABŞ bu məsələdən çox əsəbiləşib. Yaponiya və Cənubi Koreyanın müdafiə raket sistemlərinin gücləndirilməsi Pxenyanla mübarizə üçün Vaşinqtonun qarşısında duran seçimlərdən biridir. 

Dəfələrlə Şimali Koreya məsələsində əməkdaşlıq etməməkdə Çini suçlayan Tramp əlavə edib: Koreya yarımadasında təhlükəli vəziyyət yaranıb və fikrimcə, Çin dərhal ona son qoymalıdır. 

Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqləri Şimali Koreya əleyhinə təhdidlərini davam etdirdkləri zamana qədər, bu ölkə hərbi potensialları və önləyici hücum potensiyallarını gücləndirməyi davam etdirəcək. 

Stokholm Sülh İnstitutunun hesabatının dəyərləndirməsinə əsasən, ABŞ 2016-cı ilin əvvəlində 7 min nüvə başlığına sahib olmuşdur. 

Teqlər