Fev 24, 2017 17:54 Asia/Baku
  • Silahlı insidentlərdə onlarla nəfər öldü və yaralandı; ABŞ-da
    Silahlı insidentlərdə onlarla nəfər öldü və yaralandı; ABŞ-da

ABŞ-da ötən 2 sutka ərzində silahlı insidentlər nəticəsində azı 46 nəfər həlak olub, 89 nəfər də yaralanıb.

İRİB-in məlumatına görə, Amerikanın müxtəlif ştatlarında silahlı insidentlər baş verib. Lakin cümə axşamı günü Tennesi, Ohayo və Pensilvaniya ştatlarında beş, İllinoys ştatında isə çərşənbə günü 16 silahlı insident qeydə alınıb.

ABŞ-da Silahlı İnsidentlər Statistika Mərkəzinin bildirdiyinə görə, 2017-ci ilin əvvəlindən 23 fevrala qədər Birləşmiş Ştatlarda təxminən 9 min silahlı insident halı qeydə alınıb: Təxminən 2300 nəfər həlak olub, 4500 nəfər də yaralanıb.

Həlak olan və yaralananlardan 90 nəfəri 11 yaşdan aşağı uşaqlar və 460 nəfəri isə 12-17 yaşlar arasında yeniyetmələr olub.

ABŞ-da vətəndaş hüququnu müdafiə edən qrupların müraciətlərinə baxmayaraq, silah lobbilərinin nüfuzuna görə, Ağ Ev indiyə qədər silah satışına məhdudiyyət haqda qanunları tətbiq edə bilməmişdir.

Teqlər