Fev 25, 2017 14:08 Asia/Baku
  • Xəbər mediaları Tramp tərəfindən yatırılır

Amerika mediaları bildiriblər ki, Ağ Ev heç bir izahat vermədən bəzi jurnalistlərin ABŞ dövləti sözçüsünün mətbuat konfransına daxil olmasına mane olubdur.

Assoşieyted-Press-in məlumatına görə, Ağ Ev CNN, BBC, Dayli Mail, Nyu-York Tayms, Hill xəbər portalı, Nyu-Yokr Dayli Nyus, Los-Anceles Tayms, Bazfid və Politiko saytlarının jurnalistlərinin ABŞ dövləti sözçüsünün mətbuat konfransına daxil olmalarına mane olubdur.

Belə bir halda, Assoşieyted-Press və Taym qəzeti də həmin hərəkətə etiraz olaraq, ABŞ dövləti sözçüsünün mətbuat konfransını boykot ediblər.

ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən bəri bu ölkənin bəzi telekanalları və qəzetlərini yalan və saxta xəbərlər yaymaqda ittiham edib. O, həmçinin bir neçə dəfə CNN telekanalı daxil olmaqla bu qəbildən olan kanalların jurnalistlərilə höcətləşibdir.

Trampın prezident seçkiləri rəqabətləri dövrünə qayıdan medialarla döyüşü son günlər son dərəcə kəskinləşib və Tramp dəfələrlə mediaları yalan söyləməkdə və ümumi fikri aldatmaqda ittiham edibdir.

 

Teqlər