Fev 25, 2017 17:03 Asia/Baku
  • ABŞ-ın Florida ştatında bir məscid yandırılıb

ABŞ-ın Florida ştatındakı Hilzeboro şəhərinin nicat qrupu bu şəhərin Nyu-Tamba adlı islami mərkəzində yanğın xəbərini verərək, belə qeyd edib: Yanğınsöndürənlərin əldə etdikləri faktlar sübut edir ki, bu yanğın qəsdən törədilibdir.

Əlaləm telekanalının məlumatına görə, yanğın baş verərkən məscidin içərisində bir kəs olmayıb və yalnız bu məscidin xalçaları və giriş qapısının bəzi hissələrinə xəsarət dəyibdir.

Amerikada nifrətdən irəli gələn cinayətlər və islamofobiya Donald Trampın bu ölkədəki son prezident seçkilərində qalib gəlməsindən sonra artıbdır.

Tramp seçki rəqabətləri zamanı özünün aparteidcəsinə çıxışlarında daim bildirmişdi ki, əgər Amerika prezidenti olarsa, müsəlmanların bu ölkə ərazisinə daxil olmalarını qadağan edəcək və mühacirlərin daxil olmalarının qarşısını almaq üçün ABŞ ilə Meksika arasında divar çəkəcəkdir.

Ekspertlərin dediklərinə görə, Trampın təhrikedici ifadələri Amerikanın bəzi şəhərlərində xüsusən müsəlmanlara qarşı nifrətdən qaynaqlanan hücumları genişləndiribdir.

 

Teqlər