Fev 28, 2017 10:37 Asia/Baku
  • Çinli heyət Tramp ilə görüşüb
    Çinli heyət Tramp ilə görüşüb

Ağ Evin sözçüsü Şon Spayser dünən gecə bildirib ki, yüksək səviyyəli çinli diplomat Yang Ci Çi-nin başçılıq etdiyi altı nəfərlik heyət Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və onun bəzi müşavirləri ilə görüşüb. Bu barədə İRNA məlumat verib.

ABŞ dövlət katibi Reks Tillerson fevralın 17-də Almaniyanın Bonn şəhərində G-20 iclasının kənarında çinli həmkarı Vanq İ ilə ilk görüşündə Çini Şimali Koreyanın raket və nüvə fəaliyyətlərinin nəzarətdə saxlanılması üçün Vaşinqtonla əməkdaşlıq etməyə çağırmışdı. 

Bu kimi çağırışlar qarşılığında Pekin Şimali Koreyadan daş-kömür idxalını bu həftə dayandırıb və bu da Ş.Koreyanın reaksiyasına səbəb oldu. 

Rəsmi Pxenyan dəfələrlə bildirib ki, ABŞ və onun müttəfiqləri Şimali Koreyaya qarşı təhdidlərini davam etdirincə, bu ölkə özünün hərbi qabiliyyətlərini və önləyici hücum gücünü artırmaqda davam edəcək. 

Teqlər