Mart 03, 2017 14:19 Asia/Baku
  • Kanadalılar İsrailin boykot edilməsinə meyillidirlər
    Kanadalılar İsrailin boykot edilməsinə meyillidirlər

Kanada vətəndaşları Fələstin xalqının hüquqlarını müdafiə naminə İsrail mallarının boykot edilməsini istəyir.

"Orta şərqdə ədalət və sülh uğrunda Kanada" adlanan qeyri hökumət təşkilatınin informasiya portalının verdiyi məlumata görə, Kanadada keçirilən son rəy sorğularının nəticələrinə görə, Kanada vətəndaşları BMT-nin Təhlükəsizlik Şurasının İsrail rejiminin qəsəbə inşası siyasətini qənayan qətnamələri ilə razılaşaraq, sionist rejimə qarşı boykotun ağıllı təşəbbüs olacağı qənaətindədirlər. 

Bu rəy sorğusunda iştirak edən respondentlərin əksəriyyəti beynəlxalq hüququn sionist rejim tərəfindən pozulmasını pisləyərək bildiriblər ki, Fələstinin İsraili boykot çağırışı tamamiylə məntiqə sövkənir. 

Son illərdə xüsusiylə İsrailin Qəzzə zolağına qarşı 50 günlük müharibəsindən sonra İrsrailə qarşı boykot beynəlxalq hərəkatı müxtəlif ölkələrdə davamlı məarifləndirici fəaliyyəti ilə bir çox insanları İsrail mallarını satın almaqdan çəkindirə, çoxlu sayda şirkətlər və müəssisələri sionist rejim ilə öz əlaqələrini kəsməyə qane edə bilmişdir və bu İsrail rejiminin başçılarını nigaran edib. 

Teqlər