Mart 12, 2017 11:56 Asia/Baku
  • Gürcüstanda polis və aksiya iştirakçıları arasında toqquşma baş verib
    Gürcüstanda polis və aksiya iştirakçıları arasında toqquşma baş verib

Gürcüstanın Batumi şəhərində polis və aksiya iştirakçıları arasında toqquşma baş verib, onlarla nəfər yaralanıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Batumidə aksiya iştirakçıları və polis arasında qarşıdurma avtomobillərinin qanunsuz şəkildə polis tərəfindən saxlanılmasına görə cərimə ödəmək istəməyən narazı kütlənin polisin qanunsuz hərəkətinə etiraz olaraq aksiya keçirməsi zamanı baş verib. 

Batumi polisi aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edib. Buna cavab olaraq aksiya iştirakçıları polisə tərəf daş atıblar. 

Batumi yerli hökumətinin səhiyyə nazirliyi tərəfindən verilən məlumata görə, hadisədə 11 polis əməkdaşı və 10 aksiya iştirakçısı xəsarətlər alıb. 

Batumi liman şəhəri Gürcüstanın 2-ci ən iri şəhəri sayılır. 

Teqlər