Mart 16, 2017 14:32 Asia/Baku
  • ABŞ senatında İran və Rusiyaya qarşı qətnamə
    ABŞ senatında İran və Rusiyaya qarşı qətnamə

Amerikanın Suriyada hərbi fəaliyyətini gücləndirmək cəhdləri ilə eyni zamanda 4 amerikalı senator İran və Rusiyaya qarşı bir qətnamə qəbul ediblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ senatının silahlı qüvvələr komitəsinin sədri Con Mak Kin dünən bir bəyanatda deyib: Tim Kin, Marko Rubio və Kris Morfi ilə birlikdə bir qətnamənin ilkin yazısını təqdim edib. 

Mak Kinin bəyanatında deyilir: Bu qətnamə İran və Rusiyanın Suriya prezidenti Bəşar Əsədə dəstəyini pisləyir və vətəndaşlar və yardımçıların mühafizəsinə çağırır. 

Amerikalı senatorların qətnaməsi İran və Rusiyadan tez bir zamanda Suriya əməliyyatın dayandırmalarını və döyüş ərazilərinə humanitar yardımların çatdırılmasına imkan vermələrini istəyib.

Bu qətnamə elə bir şəraitdə qəbul edilir ki, ABŞ dövləti terrorçular və isyançılara dəstək məqsədi ilə Suriyada hərbi fəaliyyətini artırmağa çalışır.

Teqlər