Mart 23, 2017 08:42 Asia/Baku
  • Qorxu hissi Londona hakim kəsilib
    Qorxu hissi Londona hakim kəsilib

Londonun mərkəzində İngiltərə parlamentinin yaxınlığında baş vermiş terror hücumu zamanı beş nəfər ölüb, azı qırx nəfər də yaralanıbdır. Bu atışmadan sonra İngiltərənin parlament binası bağlanıb.

2016-cı ilin martında baş vermiş Brüssel terror hücumlarının birinci ildönümü günündə törədilmiş bu hadisədə yaralananların bəzilərinin vəziyyəti ağırdır. Bu məlumata görə, Cənubi Koreyanın beş, Fransanın üç və Rumıniyanın iki vətəndaşı yaralanan şəxslərdəndirlər. Yayılmış məlumata görə, hücumçu şəxs öncə Hyunda markalı avtomobili ilə Vestminister körpüsü üzərində piyadalara hücum edib, sonra isə parlamentə girmək istəyib, lakin poli məmuru tərəfindən öldürülüb. Deyilənlərə görə, hücumçu şəxs asiyalı olub, hərçənd hələ rəsmi mənbələr bu şəxsin kimliyini elan etməyiblər.

Teqlər