Mart 23, 2017 20:15 Asia/Baku
  • İŞİD İntiltərədəki terror hücumunda məsuliyyət daşıyır
    İŞİD İntiltərədəki terror hücumunda məsuliyyət daşıyır

İŞİD azı beş nəfərin ölməsi və qırx nəfərin yaralanması ilə nəticələnmiş London terror hücumunun məsuliyyətini üzərinə götürüb.

Fransa-Press-in məlumatına görə, İŞİD-in tabeliyində olan Əmaq xəbər agentliyi bildirib ki, İngiltərə parlamentinə hücum amili İŞİD qüvvələrindən olubdur.

Bu terror hücumu Amerikada dırnaqarası İŞİD-ə qarşı koalisiyaya üzv ölkələrin iclası əleyhinə bir hədə ilə bağlı həyata keçirilib.

İngiltərənin baş naziri Tereza Mey bu ölkə parlamentinin aşağı palatasının iclasında demişdi ki, London terror hücumunun amili bu ölkədə dünyaya gəlib və ekstremist fikirlərdən təsir alıbdır.

İngiltərənin baş naziri bu terror hücumu amilinin adına toxunmadan deyib ki, bu şəxsin kimliyi daxili təhlükəsizlik orqanı üçün məlum idi.

Tereza Mey söyləyib: Mövcud təhdid səviyyəsi çox yuxarıdır və bu hücumun təkrarlanması imkanı var.

Avropalı rəsmilərin, o sıradan London rəsmilərinin terrorizmin Qərb ölkələrində genişlənməsindən olan nigarançılıqları elə bir haldadır ki, bu ölkələrin özləri Suriya dövlətinin müxaliflərini dəstəkləyərək, İŞİD-in yaradılması və genişlənməsinə təkan veriblər.

Teqlər