Mart 24, 2017 09:32 Asia/Baku
  • Dünya Çempionatının seçmə turu; İran mundiala yaxınlaşdı
    Dünya Çempionatının seçmə turu; İran mundiala yaxınlaşdı

İran İslam Respublikasının futbol üzrə yığma komandası 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə turunda Qətərin qonağı olub və matçdan qalib ayrılıb.

İRNA-nın məlumatına görə, 2018 Dünya Çempionatının seçmə turunun oyunları keçirilib. A qrupunda lider İran yığması Doha şəhərində Qətərin qonağı olub. 

İlk yarıda hesab açılmasa da, ikinci yarıda İran yığması sözün əsil mənasında şou göstərib. 52-ci dəqiqədə Kərim Ənsarifərdin dəqiq uzaq ötürməsini Mehdi Tarimi qola çevirib. Qoldan sonra öz oyununu rəqibinə diktə edən İran yığması qol vəziyyətləri yaratsa da, son zərbələrdə dəqiqlik çatışmayıb. 

Karlos Keyruşun yetirmələri bu qələbə ilə Asiyada A qrupunda 14 xalla liderliyini daha da möhkəmlədib. Qətər isə 4 xalla qrupun outsayderidir. 

Qrupun digər oyunlarında Çin Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib və Suriya da Özbəkistanı minimal qələbə ilə əliboş qaytarıb. 

A qrupunda İran 14 xalla liderdir. Cənubi Koreya 10 xalla İranı təqib edir və Özbəkistan isə 9 xalla üçücündür. 

Suriya 8 və Çin 5 xalla dörd və beşinci yerləri tuturlar. 

Teqlər