Mart 24, 2017 13:16 Asia/Baku
  • Britaniyada terror əleyhinə aksiya
    Britaniyada terror əleyhinə aksiya

Britaniya vətəndaşları bu ölkədə de-stabillik və terror aktlarının artmasına etiraz olaraq aksiya keçirib.

İRİB-in məlumatına görə, Londonda keçirilən aksiyanın iştirakçıları şüarlar səsləndirib və əllərində yazılı plakatlar tutublar. Onlar terrorizm qarşısında birliyi vurğulayıb və London terror aktının qurbanlarını yad ediblər. 

Srağagün Londonda parlament yaxınlığında törədilən terror aktı nəticəsində azı beş nəfər həlak olub, 40 nəfər də yaralanıb.

Britaniya baş naziri Tereza Mey bu terror aktı haqda deyib: Terrorizm qarşısında bizim iradəmiz heç vaxt zəifləməyəcək.

Qeyd edək ki, qərb ölkələri Suriya və İraqda terrorçulara yardım etmək üçün heç bir səyi əsirgəməyib. Halbuki qərb dövlətlərinin terrorizm və radikallığa yardımının əvəzini sivillər ödəyirlər.

Teqlər