Mart 24, 2017 14:00 Asia/Baku
  • ABŞ-ın hava hücumunda 230 iraqlı həlak olub
    ABŞ-ın hava hücumunda 230 iraqlı həlak olub

ABŞ-ın başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri yeni Mosulda sivillərin sığındığı üç evi bombalayıblar.

Əl-Ərəbiyyə xəbər portalı İraq təhlükəsizlik rəsmisinə istinadən bildirib: ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi hava qüvvələrinin Mosulun qərbinə hücumlarında əksəriyyətini uşaq və qadınlar təşkil edən 230 sivil dünyasını dəyişib. 

Koalisiya qırıcıları Yeni Mosulda sivillərin sığındığı üç mənzili bombalayıblar.

Təhlükəsizlik rəsmisi əlavə edib: Evlərdən birinə sığınan 130 sivilin cəsədi uçqunlar altından çıxarılıb.

Bu rəsmi bildirib: Mosulun qərb hissəsində başqa iki evə hava hücumunda da əksəriyyətini uşaq və qadınlar təşkil edən təxminən 100 nəfər həlak olub.