Mart 24, 2017 14:00 Asia/Baku
  • Britaniya London terraktının qorxu və heyrəti içində
    Britaniya London terraktının qorxu və heyrəti içində

Londonda terror aktının baş verməsi ardınca, Britaniyda təhlükəsizlik xəbərdarlıqları ən üst səviyyəyə qaldırılıb. Britaniya paytaxtının əhalisi cümə gününü London aktının heyrəti və qorxusu ilə başlayıb.

Londonun yüzlərlə sakini ötən gün Trafalqan meydanında Vest Minstr körpüsü üzərində baş verən terror aktı qurbanlarının xatirəsini yad edib.

Bir qrup müsəlman da "Sevgi hamıya, nifrət heç kimə" yazılı plakatlarla bu mərasimdə iştirak edib. 

Çərşənbə günü Londonda 52 yaşlı Britaniya vətəndaşı Xalid Məsud avtomobillə və bıçaqla vətəndaşlara hücum edib. Bu hücumda 5 nəfər, o cümlədən aktı törədən həlak olub, azı 40 nəfər də yaralanıb.

London aktı haqda təhqiqat davam edir. Halbuki İŞİD terror qruplaşması terror aktının məsuliyyətini üzərinə götürüb.

Britaniya polisi London aktını törədənin bu ölkədə dünyaya göz açmış 52 yaşlı Xalid Məsud olduğunu bildirib. Çərşənbə günü terror aktı ilə əlaqədar London və Birmenqem şəhərlərində 6 təftiş obyektində 8 şübhəlinin həbs olunmasından sonra həmin aktı törədənin kimliyi elan olunub.

Xalid Məsud ötən il dekabr ayına qədər Birmenqem şəhərində yaşayıb və bundan öncə də Britaniyanın Daxili Təhlükəsizlik Xidməti onun haqqında araşdırma aparıb.

London terror aktının baş verməsi ilə Britaniyda təhlükəsizlik tədbirləri ən üst səviyyəyə qaldırılıb.

Bu terraktdan sonra polisin parlament binasını mühasirəyə alması və binadakı deputatları mühafizə etməsinə baxmaayraq, bəzi siyasətçilər parlamentin təhlükəsizlik sisteminin zəifliyini qeyd ediblər. Çünki həmin şəxs parlamentin həyətinə daxil ola bilib.

Buna görə, Britaniya paytaxtı sakinləri cümə gününü London terraktının heyrəti və qorxusu ilə başlayıblar.

Şəhərdə təhlükəsizlik təbirləri gücləndirilib və önəmli və izdihamlı məkanlar polisin nəzarəti altındadır.

Britaniya baş naziri Tereza Mey cümə axşamı günü London terror aktına ilk reaksiyasında şəhər sakinlərindən qorxuya təslim olmamalarını və normal həyatlarını davam etdirmələrini istəyib.

Bununla belə cümə günü Londonun bəzi bölgələrində gediş-gəliş dayandırılıb.