Mart 24, 2017 16:46 Asia/Baku
  • Britaniya Müsəlmanlar Şurası London terraktını pislədi
    Britaniya Müsəlmanlar Şurası London terraktını pislədi

Britaniya Müsəlmanlar Şurasının sədri bu ölkə paytaxtında baş verən son terror aktını pisləyib.

Press TV-nin məlumatına görə, Britaniya Müsəlmanlar Şurasının sədri Harun Xan cümə axşamı günü paytaxt London şəhərində terror aktını pisləyib və Britaniya ictimaiyyətində həmrəyliyin qorunmasını vurğulayıb.

Şura sədri bu ölkənin müxtəlif kütlələrinin birliyinin qorunmasının vacibliyini vurğulayıb: Bu aktı törədən şəxs qorxaq olmuşdur. 

Harun Xan əlavə edib: Terror aktlarının tödədilməsinə heç bir etinası yoxdur və belə aktlara ən yaxşı cavab Britaniya vətəndaşları arasında birliyin qorunmasıdır.

Britaniya Müsəlmanlar Şurasının sədri həmçinin bu ölkə müsəlmanlarından terrorçular tərəfindən ictimaiyyətdə ixtilafın yaradılmasına mane olmasını istəyib.

Çərşənbə günü Britaniya Parlamenti yaxınlığında baş verən terror aktında beş nəfər həlak olub, 40 nəfər yaralanıb.

İŞİD terror qruplaşması bu aktın məsuliyyətini üzərinə götürüb.