Mart 25, 2017 15:20 Asia/Baku
  • Venesuela BMT-dən yardım istəyib
    Venesuela BMT-dən yardım istəyib

Venesuela prezidenti bu ölkədə dərman çatışmazlığı barədə BMT-dən yardım istəyib.

Röyters-in məlumatına görə, Venesuela prezidenti Nikolas Madoro dünən bir çıxışda BMT-dən istəyibdir ki, Venesuela xalqını üzləşdiyi və səbəbi, iqtisadi savaş və neft qiymətinin kəskin tərzdə aşağı düşməsi olan iqtisadi və ictimai yaraların yaxşılaşması üçün bu ölkəyə dərman yardımı göstərsin.

Venesuela Tibb Federasiyası da son zamanlar bildiribdir ki, bu ölkənin xəstəxanalrı ehtiyac duyduqları dərmanın beş faizindən azına malikdirlər.

Xəçəng xəstəliyi ilə bağlı dərmanlar və antibiotiklərin olmaması haqda nigaranedici rəvayətlər yayılıbdır.

Son bir neçə il ərzində Venesuelanın iqtisadi şəraiti ABŞ tərəfindən bəzi sanksiyaların tətbiq olunmasına görə, ağırlaşmağa başlayıb və bu ölkə hazırda böyük inflyasiya və müxtəlif mallar üzrə kəskin çatışmazlıqla üzləşir.

Venesuela OPEK-ə üzv ölkələrdəndir, amma xam neft qiymətinin aşağı düşməsi hazırkı böhranın yaranmasına bais olubdur.