Mart 25, 2017 17:07 Asia/Baku
  • Argentinada anti-hökumət aksiyası
    Argentinada anti-hökumət aksiyası

Argentina vətəndaşlarından yüz minlərlə nəfər aksiyalar keçirərək, bu ölkə prezidentinin siyasətlərinə etiraz edib.

Hispan TV vebsaytının məlumatına görə, Argentina vətəndaşları dünən bu  ölkədə 1976-cı il çevrilişinin 41-ci ildönümü günü münasibətiə keçirdikləri aksiyada Argentina prezidenti Maorisio Makerinin siyasətlərinə etiraz ediblər.

İqtisadi problemlərin kəskinləşməsi ilə son aylarda Argentina dövləti fövqəladə vəziyyət elan edib və bu Latın Amerikası ölkəsi kəskin iqtisadi durğunluğa düşübdür.

Argentinada bəzi iqtisadi islahatların aparılmasına rəğmən, bu böyük Latın Amerikası ölkəsində iqtisadi durum daha da ağırlaşıb və işsizlik artıbdır. Belə ki, hazırda Argentina Latın Amerikasında ən çox işsiz gəncə malikdir.

Mühafizəkar Maorisio Makerinin hakimiyyətə gəlməsindən bəri müxtəlif sektorlarda 200 min iş yeri aradan gedibdir.

Teqlər