Mart 25, 2017 17:42 Asia/Baku
  • İtaliyada iranlı həkimlərin 7 Sin süfrəsi
    İtaliyada iranlı həkimlərin 7 Sin süfrəsi

Dünyanın hər bir yerində 7 Sin süfrəsi salınarsa, Novruz bayramından və onun adət-ənənələrindən söz açır. İtaliyada yaşayan iranlı həkimlər hər il öz iş yerlərində öz xəstələri üçün 7 Sin süfrəsini çox gözəl şəkildə bəzəyirlər.

Novruz bayramı və yeni ilin gəlişi ilə rəngarəng 7 Sin süfrəsi İtaliyada yaşayan iranlılar, iranlıların Roma şəhərindəki məktəbi və İranın İtaliyadakı digər qurumlarını bəzəyir, üstəlik iranlı həkimlərin işlədiyi bəzi xəstəxanalarda da onların iş yerlərini zinətləndirmişdir.

7 Sin süfrəsini öz klinikasında çox gözəl şəkildə bəzəyən və öz pasientlərinin diqqətini çəkən sonsuzluğun müalicəsi üzrə mütəxəssis Doktor Qulami Roma şəhərindəki iranlı qədim həkimlərdən biridir.

Sonsuzluğun müalicəsi üzrə mütəxəssis Doktor Qulami deyib: Mən 40 ildən çoxdur ki, İtaliyada, Roma şəhərində yaşayıram. Və bütün bu illərdə Novruz mərasimlərini canlı saxlamağa çalışmışam. İndi, illərdir ki, Roma şəhərində klinikamda hər il 7 Sin süfrəsini açıram. Və fəxrlə bu mərasimi italiyalı pasientlərimə tanıtdırmağa çalışıram.

İtaliyalı pasient deyib: Bu rəngarəng və gözəl stol bütün yaz rəngləri ilə zinətlənmişdir.

Roma şəhərində yaşayan oftalmoloq və göz cərrahı doktor Müəzzinçi zövqlü iranlı həkimlərdən biridir ki, xəstəxanada cərrahiyyə otağının kənarında da  7 Sin süfrəsi açıb.

Oftalmoloq və göz cərrahı Doktor Müəzzinçi deyib: Mən uzun illərdir burada yaşamağıma baxmayaraq, öz mədəniyyətim və adət-ənənələrimi unutmamışam. Buna görə, həmişə bayram vaxtı həm öz klinikamda, həm də cərrahiyyə etdiyim bu klinikada 7 Sin süfrəsini açıram. Həm xəstələr, həm də əməkdaşlar anlayırlar ki, bayramımız gəlib çatıb. Əlbəttə xəstələr əməliyyat otağına girməzdən öncə, bunu gördüklərində gözləri daha yaxşı açılır və rahat əməliyyat aparmaq olur.

İtaliyalı doktor deyib: Klinikada biz İranın bu gözəl 7 Sin süfrəsini gördükdə, İranın yeni ilinin gəlib çatdığını anlayırıq ki, yazı özü ilə birlikdə gətirir. Bizim sevincimizə səbəb olan faktlardan biri budur ki, hamımız Doktor Müəzzinçinin mənzilində balıqla göyərti aşının qonağıyıq.

İranlılar dünyanın hər bir yerində həmişə öz adət-ənənələrini qorumağa çalışırlar. Belə ki, 7 Sin süfrəsinin açılması onun ən gözəl nümunələrindən biridir.