Mart 25, 2017 17:42 Asia/Baku
  • Londona qorxu hakimdir; Terrorçu haqda yeni faktlar
    Londona qorxu hakimdir; Terrorçu haqda yeni faktlar

Çərşənbə günü İngiltərə paytaxtı London şəhərində törədilən terror aktı bu ölkəyə qorxu və dəhşəti hakim edib. Və polis paytaxtda və digər şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirərək vəziyyətə nəzarət edir.

Polisin hazırlığının davam etməsi və terrorizmlə mübarizə idarəsinin xüsusi qüvvələrinin önəmli obyektlər və izdihamlı məkanlarda yerləşdirilməsinə baxmayaraq, London terraktı nəticəsində yaranan qorxu və de-stabillik hissi hələ İngiltərəyə kölgə salmışdır.

London sakini deyib: Düşünürəm ki, belə hərəkətlərə şərait çeşidli və fərqlidir. Əvvəllər belə deyildi, indi mütəmadi şəkildə belə səhnələrin şahidiyik.

İngiltərənin terrorizmlə mübarizə qüvvələrinin komandanı Mark Rauli də London terror aktı ilə əlaqədar bir neçə şəxsin həbs olunması ilə bağlı yeni məlumat verib.

İngiltərə terrorizmlə mübarizə qüvvələrinin komandanı Mark Rauli deyib: İki önəmli həbsimiz olub. Biri İngiltərənin mərkəzi bölgələrdə, digəri isə şimal-qərbdə. Hal-hazırda 10 nəfər təcridxanadadır və bir qadın da girov qoymaqla azad olunub. Ətraflı araşdırmalar davam edir və yüzlərlə kameranın kadrlarını araşdırmaqdan əlavə, indiyə qədər bu barədə 3500 nəfərin məlumatından istifadə olunub.

Bununla yanaşı, İngiltərənin bəzi mediaları London terraktını törədənin haqqında yeni məlumatlar yayımlayıblar. Bundan öncə İngiltərə baş nazirinin London terrorunun səbəbkarının bir neçə il İngiltərə Daxili Təhlükəsizlik Xidməti Mİ 5-in nəzarətində və bir neçə adının olduğunu bildirməsinə baxmayaraq, yeni məlumatlara əsasən, onun əsil adı Adrian Elms elan olunub. Terrorçu İngiltərənin cənubunda yerləşən Kent şəhərində dünyaya gəlib və sonralar İngiltərənin başqa şəhərlərində yaşayıb.

İŞİD-in öz qüvvəsi kimi tanıtdırdığı Adrian Elms, İngiltərə medialarının bildirdiyinə görə, 12 il öncə Ərəbistana gedib və 4 il müddətinə bu ölkədə qalıb. O iddia edib ki, orada müsəlman olub və Xalid Məsud adını özünə seçib.

Britaniya Krallığı, dövlət və parlamenti obyektlərinin mövcud olduğuna görə, ən güclü təhlükəsizlik tədbirləri altında olan Londonun siyasi mərkəzində çərşənbə günü terror aktında azı 4 nəfər ölüb, onlarla nəfər yaralanıb. Bu, İngiltərədə son 12 ildə ən qanlı terror aktıdır.

London sakini deyib: Eşitdiyimdə gic oldum. Belə hücumlar artıb və insanların təhlükəsizlik hissinə zərbə vurub. Daim ehtiyatlı olmaq lazımdır.

Polisin təhqiqatı davam edir və bu terror aktının işi hələ bağlanmayıb.

İngiltərə dövləti və medialar ictimaiyyət və vətəndaşları London terror aktının şokundan xilas etməyə çalışırlar. Amma onun ağır kölgəsi bu ölkəyə hakim kəsilmişdir.