Mart 25, 2017 21:16 Asia/Baku
  • Tusk Avropa Birliyinin zəifləməsindən nigarandır
    Tusk Avropa Birliyinin zəifləməsindən nigarandır

Avropa Şurasının sədri Avropa Birliyində böhranın şiddətlənməsindən və bu birliyin zəifləməsindən nigaran olduğunu bildirib.

Frans-Press-in məlumatına görə, Avropa Şurasının sədri Donald Tusk bu gün Roma iclasında bildirib: Bu gün sübut edin ki, Avropanın real rəhbərlərisiniz, zira Avropa böhrandan çıxmaq üçün vahid rəhbərliyə ehtiyaclıdır.

Avropa Şurasının sədri əlavə edib: Roma iclasının iştirakçıları 60 il bundan öncə Avropanı vahid formaya salmış kəslərin varisidirlər.

Tusk xəbərdarlıq edib ki, Avropa ya siyasi və vahid bir orqan kimi qalacaq, ya da ki, tamamilə məhv olacaqdır.

Bu avropalı rəsmi qeyd edib ki, Avropa Birliyi özünün ilkin prinsiplərinə diqqət yetirməlidir və üzv ölkələr də bu birlikdəkı parçalanmanın miqdarının artması ilə nəticələnəcək məsələlərdən uzaq durmalıdırlar.

Avropalı rəhbərlər 1957-ci ildə Romada Avropa İqtisadi Birliyinin yaradılmasının 60-cı ildönümü münasibətilə bu şəhərdə keçirilən iclasa toplaşıblar. Bu iclas elə bir şəraitdə keçirilibdir ki, İngiltərənin Avropa Birliyindən çıxmaq qərarı birliyin qarışmasına və onda çoxdəstəliliyin yaranmasına səbəb olubdur.

Teqlər