Mart 26, 2017 08:56 Asia/Baku
  • Ərdoğan: Türkiyə Avropa Birliyində üzvlük üçün referendum keçirəcək
    Ərdoğan: Türkiyə Avropa Birliyində üzvlük üçün referendum keçirəcək

Türkiyə prezidenti bu ölkənin Avropa Birliyində üzvlük müzakirələrinin davam etdirilməsi ilə əlaqədar referendumun keçirilməsini ehtimal edib.

İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Antaliyada bir toplantıda deyib: Ankara Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə əlaqədar müzakirələrin davam etdirilməsi üzrə konstitusiya dəyişikliyi ilə bağlı referendumdan sonra qərar verəcək. 

Ərdoğan Türkiyənin Avropa Birliyinə üzv olması üçün on illərlə gözləməsini tənqid edib: Bu vəziyyətin davam etməsi qəbulediləsi deyildir. 

Türkiyə prezidenti həmçinin xəbərdarlıq edib: Bəzi Avropa ölkələri Ankara əleyhinə düşmənçilik mövqeyinə son qoymalı, Avropa siyasətçiləri öz yanlış davranışlarını anlamalı və yanlış yoldan qayıtmalıdırlar. 

Türkiyənin Avropa Birliyi ilə əlaqələri, bu birliyin iki üzvü yəni Almaniya və Hollandiyanın Türkiyə konstitusiyasına dəyişikliklər üzrə referendum üçün bir neçə türk nazirin təbliğat kampaniyasında iştirak etməsini ləğv etməsindən sonra gərginləşib. 

Türkiyə Konstitusiyasına dəyişikliklər üzrə referendum 16 apreldə keçiriləcək. Bu referendum parlament sistemindən prezident üsul idarəsinə keçidi nəzərdə tutur. 

Teqlər