Apr 01, 2017 21:06 Asia/Baku
  • Cənubi Amerika ölkələri Venesuelada sabitliyin bərqərar edilməsini istəyiblər

6 Cənubi Amerika ölkəsi Venesuelada sabitliyin bərqərar edilməsini istəyib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Argentina, Braziliya, Çili, Kolumbiya, Uruqvay və Paraqvay cümə günü bir bəyanat yayaraq, Venesuelanın Ali Məhkəmə Şurasının bu ölkə parlamentinin səlahiyyətlərini öz əlinə alması ilə bağlı qərarına etiraz ediblər.

Cənubi Amerika ölkələri birliyinin üzvləri Venesuelada demokratik quruluşun dərhal və sürətlə təmin edilməsini bu ölkənin xeyrinə olduğunu bildiriblər.

Cənubi Amerika ölkələri həmçinin, Venesuela Ali Məhkəmə Şurasının parlamentin səlahiyyətlərini öz əlinə almasını, Milli Assambleyanın səlahiyyətlərini məhdudlaşdırmasını və parlament toxunulmazlığını məhdudlaşdırmasını narahatlıq doğuran amil adlandırıblar.

Venesuelanın Ali Məhkəmə Şurası cümə axşamı müxalifətin nəzarəti altında olan Parlamentin səlahiyyətlərini ələ keçirib.

Venesuela Ali Məhkəmə Şurasının bu qərarı əslində Parlamentin buraxılması sayılır və beynəlxalq səviyyədə ciddi reaksiyalara səbəb olub.

Teqlər