Apr 02, 2017 17:09 Asia/Baku
  • İran-Türkiyə mədəni əlaqələrinin inkişafı zərurəti vurğulanıb

İranın Ankaradakı səfiri İran ilə Türkiyə arasında mədəni əlaqələrin iqtisadi və ticari həmkarlıqlarla paralel şəkildə genişləndirilməsinin önəmini vurğulayıb.

IRIB-nin məlumatına görə, İranın Ankaradakı səfiri Mohəmməd Ebrahim Taheriyan Fərd İstanbulda keçirilən "Kitab, Qəhvə və Şokolad" festivalında Tehran-Ankara əlaqələrinin inkişafı üzrə yol xəritəsini bəyan edərək, deyib ki, son illərdə iki ölkənin başçıları hərtərəfli əlaqələrin genişləndirilməsi qərarına gəliblər.

Taheriyan Fərd əlavə edib: Hər bir xalqın mədəniyyət və sivilizasiyası həmin xalqın şəxsiyyət vəsiqəsi sayılır və bu istiqamətdə kitab sivilizasiya sahəsinin təqdimatı üçün maksimum rol oynayır.

Türkiyədə məşhur tarixçi İlbər Ortaylı da bu festivalda türk və iranlı qövmlərin əlaqələrinə toxunaraq, belə qeyd edib: Yunan sivilizasiyası və mədəniyyətinin avropalılar üçün önəmli olduğu qədər, qədim dövrdə və İslamdan sonrakı İran mədəniyyəti də türklərin yanında dəyərlidir.

İstanbulda keçirilən "Kitab, Qəhvə və Şokolad" festivalının kənarında bu iki sivilizasiya və onların regionun yerli mədəniyyətinə qarşılıqlı təsiri ilə daha artıq tanışlıq məqsədilə "Osmanlı və Səfəvi Əlaqələri" adlı konfrans təşkil olunub.

 

Teqlər