Apr 03, 2017 10:30 Asia/Baku
  • Bordoda Marin Lö Pen əleyhinə aksiya

Fransanın Bordo şəhərinin əhalisi bu ölkə prezident seçkilərində sağçı Milli Cəbhə partiyasının namizədi əleyhinə aksiya keçirib.

Fransanın Le Fiqaro qəzetinin yazdığına görə, bir neçə sindikat, o cümlədən İctimai Əmək Konfederasiyasının dəvəti əsasında Bordo şəhərində təxminən iki min nəfər sağçı Milli Cəbhə partiyasının namizədi Marin Lö Pen əleyhinə aksiya keçirib və təhlükəsizlik qüvvələri ilə toqquşub. 

Fransa polis əməkdaşları göz yaşardıcı qazdan istifadə edərək aksiyanı yatırmağa çalışıb və azı on nəfəri saxlayıblar. 

Marin Lö Pen miqrantlar əleyhinə məhdudiyyətlərin tətbiq olunması və müsəlmanlara qarşı sərtliklərin gücləndirilməsini dəstəkləyir. 

Sağçı Milli Cəbhə partiyasının namizədi həmçinin dəfələrlə bildirib ki, prezident seçkilərində qələbə çaldığı halda bu ölkənin Avropa Birliyindən çıxması Frexit üzrə referendum keçirəcək. 

Fransada prezident seçkiləri üzrə keçirilən rəy sorğularına əsasən Hərəkət partiyasının müstəqil namizədi Emmanuel Makron Marin Lö Pendən önə keçib. 

Fransa prezident seçkiləri 2017-ci il aprel ayında keçiriləcək və namizədlərin biri səslərin çoxunu qazana bilmədiyi halda, seçkilərin ikinci turu may ayında təşkil olunacaq. 

Teqlər