Apr 05, 2017 10:50 Asia/Baku
  • Türkiyə İraqın Kərkük vilayəti rəsmilərinə xəbərdarlıq edib
    Türkiyə İraqın Kərkük vilayəti rəsmilərinə xəbərdarlıq edib

Türkiyə prezidenti İraqın Kərkük vilayətində bayrağın dalğalandırılması ilə bağlı vilayət rəsmilərinə xəbərdarlıq edib.

Yeni Şəfəq qəzetinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Zonquldaq şəhərində bir neçə abadlıq obyektinin istifadəyə verilməsi mərasimində çıxış edib və Kərkük vilayətində Kürdüstan məntəqəsi bayrağının sancılmasına reaksiya verib. 

Ərdoğan deyib: Kərkük vilayəti türkmənlər, kürdlər və ərəblərə aiddir. Buna görə, kürdlərdən bu yanlış hərəkətdən dərhal vaz keçmələrini istəyirəm. Çünki onun nəticələri çox ağır olacaqdır. 

O deyib: Kərkük vilayətində bayraq dərhal endirilməli və İraq bayrağı ilə yolu davam etdiriməlisiniz. Çünki belə olmadığı halda, geriyə addım atmalı olacaqsınız. 

Ərdoğan əlavə edib: Kərkük vilayətində İraqın milli bayrağından qeyri-bayrağın sancılmasını tamamilə yanlış hesab edirik. O bayrağı sancanlar bilməlidirlər ki, bu işin mənası onların separatçılığıdır. 

Türkiyə prezidenti xatırladıb: İraqın Mərkəzi hökuməti də bildirib ki, bu hərəkəti yanlış hesab edir. Biz də xəbərdarlıq edirik. Çünki Kərkük vilayətində kürdlərə aid olan bu anlaşılmazlığı heç bir vəchlə qəbul etmirik. 

O İraq kürdlərinə Türkiyə ilə əlaqələrə zərbə vurmaqdan çəkinməyi tövsiyə edib. 

Bundan öncə də İran Xarici İşlər Nazirliyinin sözçüsü İraqın Kərkük vilayətində son olaylar haqda deyib ki, Tehran Kərkük vilayətində İraq bayrağından başqa bayrağın sancılmasını bu ölkə konstitusiyasına zidd və gərginlik yaradan hərəkət hesab edir. 

Kərkük Valilik Şurası 28 mart 2017-ci ildə bu vilayətin dövlət obyektlərində İraq bayrağı ilə yanaşı Kürdüstan məntəqəsi bayrağının da sancılmasına rəy verib. Bu rəy İraq dövləti və Kərkük türkmənlərinin reaksiyasına səbəb olub. 

Teqlər