Apr 22, 2017 08:36 Asia/Baku
  • İŞİD Rusiyanın şərqindəki terror hücumunun məsuliyyətini üzərinə götürüb

Ekstremist qrupların vebsaytlarına nəzarət üzrə amerikan mərkəz- SITE-nin bildirdiyinə görə, İŞİD terror qrupu Rusiyanın şərqindəki Xabarovsk şəhərində yerləşən bu ölkənin federal təhlükəsizlik xidmətinin ofisinə qarşı silahlı hücumun məsuliyyətini üzərinə götürüb.

Frans-Press-in məlumatına görə, İŞİD bir bəyanatda bildirib ki, bu terror qrupunun ünsürlərindən biri dünən Rusiyanın şərqindəki Xabarovsk şəhərində yerləşən bu ölkənin federal təhlükəsizlik xidmətinin ofisinə qarşı silahlı hücum edərək, üç nəfəri öldürüb, bir qrup insanı da yaralayıbdır.

Rus rəsmilər bildiriblər ki, bu hücumda bir mülki və federal təhlükəsizlik xidmətinin bir zabiti öldürülüb və bir nəfər də yaralanıbdır.

Hücumçu şəxs də Rusiya təhlükəsizlik qüvvələrinin atəşləri nəticəsində öldürülübdür.