Apr 22, 2017 09:15 Asia/Baku
  • Filippinin cənub sularında bir ABŞ qırıcısı süqut edib

ABŞ dəniz qoşunlarının "USS Karl Vinson" aviadaşıyıcısına mənsub olan bir reaktiv təyyarəsi Filippinin cənub sularında süqut edib.

IRNA xəbər verir: Filippinin "Rapler" vebsaytı bu gün bildirib ki, ABŞ dəniz qoşunlarının reaktiv təyyarəsi dünən "USS Karl Vinson" aviadaşıyıcısına eniş edərkən süqut edib, lakin onun pilotu xilas olubdur.

Amerikanın 7-ci donanması bildirib ki, F/A-18E/F Super Hornet tipli bu reaktiv təyyarə İndoneziya ilə Filippin arasında yerləşən Selebes dənizinin sularına süqut edibdir.

Bu dəniz şimaldan İndoneziya arxipelaqı, Sulu dənizi və Mindanao adasına, şərqdə Sanqi adalarına, cənubda Selebes məntəqəsinə, qərbdə isə Borneo məntəqəsinə çıxır.

Qeyd edək ki, ötən çərşənbə axşamı günü Koreya yarımadasında gərginliklərin artmasından sonra ABŞ dəniz qoşunlarının bir bombardmançı qrupunun tabeliyində olan "USS Karl Vinson" aviadaşıyıcısı Şimali Koreyaya doğru istiqamətləndi.

Çin və Şimali Koreya Amerikanın regiondakı iştirakını özlərinin milli təhlükəsizliklərinə qarşı ciddi təhlükə bilir və onun regionda silah rəqabətlərinin qızışmasına səbəb olacağını bildirirlər.