Apr 22, 2017 09:48 Asia/Baku
  • CHP şikayət edib

Türkiyədə Cümhuriyyət Xalq Partiyası aprelin 16-da keçirilmiş əsas qanuna dəyişiklik üzrə referendumun nəticələrinə etiraz olaraq, bu ölkənin ali məhkəməsinə şikayət edib.

Press TV-nin məlumatına görə, Türkiyə parlamentinin və Cümhuriyyət Xalq Partiyasının üzvü Atilla Kart dünən axşam son referendumda möhürsüz səslərin sayılışına etiraz barədə ərizəni məhkəməyə təqdim edib.

Kart deyib: Bu addım nəinki əsas qanuna dəyişiklik üzrə referendumun nəticələrinə etiraz edənlərin səslərini, həm də bütün respondentlərin hüquqlarını müdafiə üçün atılıbdır.

Cümhuriyyət Xalq Partiyasının üzvü əlavə edib: Hətta "xeyr" səsləri arasında belə, qəbul olunaraq, sayılmış möhürsüz vərəqələr mövcuddur.

Ötən bazar günü Türkiyə əhalisinin 51 faizindən çoxu bu ölkənin hökumət quruluşunu parlament sistemindən prezidentlik üsul-idarəsinə dəyişəcək əsas qanunun dəyişdirilməsilə razılaşdı. Amma müxalif partiyalar bu qənaətdədirlər ki, əsas qanuna dəyişiklik üzrə referendumun son saatlarında 2 milyon 500 min möhürsüz səs vərəqəsindən istifadənin qanuni sayılması referendumun nəticəsinə təsir göstəribdir. 

Teqlər