Apr 22, 2017 12:46 Asia/Baku
  • ABŞ-ın iqtisadi siyasətinin mənfi nəticələri haqda xəbərdarlıq

20-lər qrupuna üzv ölkələrin maliyyə nazirləri ABŞ-ın iqtisadi siyasətinin mənfi nəticələri haqda xəbərdarlıq edib.

Frans-Press-in məlumatına görə, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble dünən deyib: 20-lər qrupuna üzv ölkələr Amerika dövlətinin nəzərdə tutduğu iqtisadi siyasəti yerinə yetirən ölkələrin daxili sənayesi və iqtisadi mərkəzlərinin dünyanın iqtisadi inkişafına neqativ təsir göstərdikləri qənaətindədirlər.

ABŞ prezidenti Donald Trampın ön plana çəkdiyi iqtisadi siyasət olan "himayəçilik" siyasəti, idxal edilən mallara tarifin tətbiq edilməsi, idxalat həcminin məhdudlaşdırılması və digər bir sıra dövlət qanunları ölkələrin iqtisadi müəssisələri ilə istehsalçıları arasındakı rəqabətə mane olur.

G 20 qrupu Avropa Birliyi, Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Meksika, Rusiya, Ərəbistan, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, İngiltərə, Amerikanın maliyyə nazirləri və mərkəzi banklarının müdirlərindən təşkil olunubdur.