Apr 22, 2017 12:47 Asia/Baku
  • Amerikalı psixiatrlar Trampın təhlükəli xəstəliyi haqda xəbərdarlıq ediblər

Amerikalı psixiatrlar xəbərdarlıq ediblər ki, ABŞ prezidenti təhlükəli psixi xəstəliyə düçar olubdur.

İndipendent qəzetinin məlumatına görə, bir qrup amerikalı psixiatr Yal Universitetində keçirilən bir konfransda xəbərdarlıq edib ki, Amerika prezidenti Donald Tramp təhlükəli paranoya və illüziya xəstəliyinə düçar olub və bu vəzifə üçün münasib bir şəxs deyildir.

Bu psixiatrlar bildiriblər ki, Amerika xalqına Trampın psixi durumu barədə xəbərdarlıq etmək kimi əxlaqi məsuliyyət daşıyırlar.

Con Hopkins Universitetinin tibb fakultəsinin kliniki psixatrı Con Qartner də Trampın hakimiyyətdən uzaqlaşdırılması istiqamətində imza toplamaq üçün internet hərəkatına başlayıbdır.

Bu hərəkat Amerikada indiyədək 41 mindən çox tərəfdar toplaya bilibdir.

Amerikalı psixiatrlar bundan öncə də Amerika prezidentinin qeyri-adi davranışları barədə xəbərdarlıq etmişdilər.