Apr 22, 2017 12:47 Asia/Baku
  • Latın Amerikası ölkələri Venesuelada sabitliyin bərqərarını dəstəkləyiblər

9 Latın Amerikası ölkəsi Venesuelada sabitliyin bərqərarını dəstəkləyib.

IRNA-nın məlumatına görə, Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Meksika, Paraqvay, Peru və Uruqvay dünən bir bəyanat yayaraq, Venesuela xalqının xeyrinə bu ölkə böhranı ilə mübarizə üçün lazımi şəraitin yaradılması və həmin ölkədə gərginliyin azaldılmasını istəyiblər.

Bəyanatda deyilir ki, Venesuela başçıları dincliyin qorunması və nizam-intizamın bərqərarı üçün qanunun tətbiq edilməsi haqqına malikdirlər.

9 Latın Amerikası dövləti həmçinin Venesuela dövlətindən və bu ölkə müxaliflərindən gərginliyin azaldılması və qarşıdurmaların qarşısını almaq üçün daha artıq səy göstərmələrini istəmiş BMT baş katibi Antonio Quterreşi himayə edibdir.

Venesuelada anti-dövlət etirazları son günlər davam edib və indiyədək yeddi nəfərin ölümü ilə nəticələnibdir.

Müxaliflərin Venesuela prezidenti Nikolas Madoronu hakimiyyətdən kənarlaşdırmağa səy göstərdikləri bir halda, bu ölkənin dövlət başçıları müxaliflərlə müzakirələrə hazır olduqlarını bildiriblər.