Apr 22, 2017 19:26 Asia/Baku
  • Nüvə faciəsi barədə xəbərdarlıq

BMT-nin Tərkisilah üzrə Araşdırma Müəssisəsi xəbərdarlıq edib ki, beynəlxalq çəkişmələr nüvə faciəsi ilə nəticələnə bilər.

Londonda çıxan Deyli Teleqraf qəzetinin vebsaytı yazıb ki, BMT-nin Tərkisilah üzrə Araşdırma Müəssisəsinin əhatəli hesabatı dünyanı gözləyən məsələdən kədərli təsvirlər təqdim edir.

Bu hesabatda deyilir: Xirosima və Naqasaki atom bombardmanlarından bəri nüvə silahının istifadə olunmaması o demək deyildir ki, belə bir hadisənin baş verməsi ehtimalı zəifdir.

Bu beynəlxalq müəssisənin məlumatına görə, soyuq müharibə dövründə hərçənd nüvə partlayışı baş verməyib, amma nüvə silahına malik olan ölkələrdən əldə olunan məlumatlar göstərir ki, bu silahların yaxınlığında partlayışlar baş verib və təhlükə siqnalları səsləndirilibdir.

BMT-nin Tərkisilah üzrə Araşdırma Müəssisəsi xəbərdarlıq edibdir ki, nüvə sistemlərinə nəzarətin avtomatlaşmasının artması ilə bu silahların partlayışından irəli gələn təhlükələr də artıbdır.

Vaşinqton özünün müdaxilə mahiyyətli və militarist siyasətləri istiqamətində Suriyaya qarşı raket hücumundan və öz dəniz qüvvələrini Koreya yarımadasına göndərəndən sonra son zamanlar ilk dəfə olaraq, dünyada "bütün bombaların anası" adlı ən güclü qeyri-atom bombasını Əfqanıstanda sınaqdan keçirdi.

ABŞ-ın sabiq müdafiə naziri Leon Panta da xəbərdarlıq edibdir ki, bu ölkənin prezidenti Donald Trampın Şimali Koreyaya münasibəti böyük savaşla nəticələnə bilər.