Apr 23, 2017 12:33 Asia/Baku
  • Fransada prezident seçkilərinə start verildi
    Fransada prezident seçkilərinə start verildi

Fransa xalqı bu gün səhər saatlarından bu ölkənin yeni prezidentini seçmək üçün səsvermə məntəqələrinə üz tutub. Seçkilər ciddi təhlükəsizlik tədbirləri ilə yanaşıdır.

İRİB-nin verdiyi məlumata görə, Fransada keçirilən 11-ci prezident seçkilərində 11 namizəd mübarizə aparır. 

Fransua Holland hökumətində iqtisadiyyat naziri olmuş Emanuel Makron, ifratçı Milli Cəbhə partiyasından Marin Lupən, Respublikaçı partiyasından Nikola Sarkozi dönəmində baş nazir olmuş Fransua Fiyon və solçu fraksiyasından Jan Luk Melanşon seçkilərin ikinci mərhələsində iştiraka vəsiqə əldə edə biləcək əsas namizədlərdirlər. 

Fransada səsvermə haqqına malik olan 47 milyon vətəndaş var. 

Fransadan kənarda yaşayan fransızlar üçün səsvermə dünəndən başlanıb. 

Bu gün yerli vaxtla saat 19-a kimi davam edəcək seçkilər son terror aktlarını nəzərə alaraq, ciddi təhlükəsizlik tədbirləri ilə yanaşıdır. 

Teqlər