Apr 24, 2017 09:30 Asia/Baku
  • Makron və Lö Pen növbəti mərhələyə adlayıb
    Makron və Lö Pen növbəti mərhələyə adlayıb

Fransa prezident seçkilərinin nəticələrinin elan olunması ilə Emmanuel Makron və Marin Lö Pen növbəti tura vəsiqə qazanıb.

Müstəqil namizəd və Hərəkət partiyasının rəhbəri Emmanuel Makron təxminən 23,8%, radikal sağçı və Milli Cəbhə partiyasının rəhbəri Marin Lö Pen 21,6%, radikal solçu cinahın namizədi Jan Lok Milanşon 20% və Respublikaçı partiyasının namizədi Fransua Fion 20% səs toplayıb. Beləliklə Emmanuel Makron və Marin Lö Pen növbəti tura adlayıblar. 

Fransa prezident seçkilərinin 2-ci turu 7 mayda keçiriləcək. 

İlkin nəticələr elan olunduqdan bir neçə dəqiqə sonra hakim Sosialist partiyasının namizədi Benneua Ammon Fransa vətəndaşlarından seçkilərin ikinci turunda Emmanuel Makrona səs vermələrini istəyib. 

Teqlər