Apr 24, 2017 20:54 Asia/Baku
  • Peyğəmbərin (s.ə.s) məbəsi; Bəşəriyyətin həyatında əsaslı dəyişikliyin başlanğıcı
    Peyğəmbərin (s.ə.s) məbəsi; Bəşəriyyətin həyatında əsaslı dəyişikliyin başlanğıcı

İslam inanclarına əsasən sabah, 27 rəcəb 1438-ci hicri qəməri ili, 25 aprel 2017-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məbəs günüdür (peyğəmbərliyə yetişdiyi).

Peyğəmbərin məbəsi Allah-taalanın kəlamının Həzrət Məhəmmədin pak ürəyinə nazil olması ilə hidayətin başlanması və bəşəriyyətin həyatında əsaslı dəyişikliyə səbəb oldu.

Məhəmməd-Əmin (s.ə.s) 40 yaşında olarkən Cəbrayıl tərəfindən Həra mağarasında Allahın sonuncu elçisi olaraq dünyaya düzgün yolu göstərmək üçün seçildi.

Hazırda Həzrət Məhəmmədin (s.ə.s) məbəsindən əsrlərin keçməsi ilə İslami İran xalqı 27 rəcəbdə mərasimlər və şənlik məclisləri təşkil edir, şirni və noğul paylayır.

Əziz islam peyğəmbərinin (s.ə.s) məbəsinin ildönümü gecəsində Müqəddəs Məşhəd şəhərində şiələrin 8-ci imamı Həzrət Əli İbn Musa Ər-Rzanın (ə) pak ziyarətgahı nur və şənlik içindədir.

Əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məbəsinin gəlib çatması ilə yanaşı müqəddəs Qum şəhəri də şənlik içindədir.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı səadətli məbəs bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edir.