Apr 25, 2017 11:08 Asia/Baku
  • ABŞ Yaxın Şərqdə ölkələrin sərhədlərini dəyişməyə çalışır
    ABŞ Yaxın Şərqdə ölkələrin sərhədlərini dəyişməyə çalışır

Türkiyə ordusunun sabiq kəşfiyyat rəisi deyib ki, ABŞ sionist rejimin təhlükəsizliyini təmin etmək məqsədilə Yaxın Şərqdə ölkələrin sərhədlərini dəyişməyə çalışır.

Türkiyə ordusunun sabiq kəşfiyyat rəisi İsmayıl Həqqi Pekin dünən Sputnik ilə müsahibədə bildirib ki, Amerika təqribən 20 Yaxın Şərq ölkəsinin sərhədlərini dəyişməyə çalışır. O, bunda məqsədi İranın regional qüdrətinin artmasına mane olmaq və sionist rejimin maraqlarını qorumaq adlandırıb.

Həqqi Pekin Rusiya-Türkiyə əlaqələrinin gələcəyi barədə isə deyib ki, Ankaranın Bəşşar Əsədin Suriyada hakimiyyətdən kənarlaşdırılmasına dair ədavətli siyəsətindən əl çəkəcəyi təqdirdə, Rusiya-Türkiyə əlaqələri yenidən yaxşılaşa bilər.

Suriyada böhran ABŞ-ın və onun Türkiyə və Ərəbistan kimi müttəfiqlərinin dəstək verdikləri terror qruplarının Bəşşar Əsədin Suriyada hakimiyyətdən kənarlaşdırılması üzrə 2011-ci ildəki geniş hücumu ilə başlandı. 

Teqlər