Apr 25, 2017 12:12 Asia/Baku
  • ABŞ-ın sionist rejimə hərbi köməyi
    ABŞ-ın sionist rejimə hərbi köməyi

Sionist rejim ABŞ-dan üç ədəd F-35 qırıcısı təhvil alıb.

Sionist "Yediot Aharnot" qəzetinin məlumatına görə, Amerikanın "Lokhid Martin" hərbi şirkətinin məhsulu olan bu qırıcılar işğal olunmuş Fələstində yerləşən "Nəqəb" hava bazasında sionist rejimə təhvil verilibdir.

Amerikanın "Lokhid Martin" hərbi şirkəti sionist rejimə 50 ədəd F-35 qırıcısı təhvil verməlidir. İki ədəd F-35 qırıcısı da 2016-cı ilin dekabrında sionist rejimə təhvil verilibdir.

Saatda 1900 kilometr sürətə malik olan və lokatordan yayına bilən bu qırıcının hər birinin qiyməti 110 milyon dollardır.

ABŞ-ın sionist rejimə hərtərəfli dəstəkləri bu rejimin fələstinlilərə qarşı cinayətlərinin artmasının əsas amillərindəndir.

Teqlər