Apr 30, 2017 19:41 Asia/Baku
  • Minlərlə amerikalı Trampın ekologiya ilə bağlı siyasətlərinə etiraz edib
    Minlərlə amerikalı Trampın ekologiya ilə bağlı siyasətlərinə etiraz edib

Minlərlə amerikalı ABŞ prezidenti Donald Trampın iqlim dəyişiklikləri ilə bağlı siyasətlərinə etiraz olaraq aksiya keçirib.

On minlərlə nəfər ABŞ prezidenti Donald Trampın iqlim dəyişiklikləri ilə bağlı siyasətlərinə etiraz olaraq Vaşinqtonda aksiya keçirib.

Bu etiraz aksiyası Trampın ekolotiyanın məhv edilməsinə köklənmiş siyasətləri ilə müxalifət məqsədi ilə keçirilib.

Aksiya iştirakçıları əllərində üzərinə iqlim dəyişiklikləri ilə bağlı faciələri xatırladan şüarlar yazılmış plakatlar daşıyıblar.

Yüz minlərlə amerikalı ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalarda Trampın siyasətlərinə etiraz edərək, iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və ətraf mühiti mühafizə üzrə daha təsirli addımların atılmasını istəyiblər.

Oxşar etiraz aksiyası Kanada da o cümlədən Montreal və Vankuverdə də keçirilib.

Tramp bildirib ki, ABŞ-ın iqlim dəyişiklikləri ilə mübarizə anlaşmasından çıxartmaq istəyir.

Teqlər