May 05, 2017 19:52 Asia/Baku
  • Pakistan-Əfqanıstan sərhədində həlak olanların sayı artıb
    Pakistan-Əfqanıstan sərhədində həlak olanların sayı artıb

Əfqanıstan-Pakistan sərhəd qüvvələri arasında baş verən qarşıdurmada həlak olanların sayı 9 nəfərə çatıb.

İRNA-nın məlumatına görə, Pakistan ordusu bildirib: Cümə günü bu ölkə ilə Əfqanıstan qüvvələri arasında Pakistanın Bəluçestan vilayətində Çəmən sərhəd keçidi yaxınlığında baş verən silahlı insidentdə 9 pakistanlı sivil həlak olub, 40 nəfər də yaralanıb.

Bundan öncə Kütləvi İnformasiya Vasitələri bir pakistanlı sivilin həlak olduğunu, 18 nəfərin yaralandığını bildirmişdilər.

Məlumata görə, silahlı insidentdə Əfqanıstanın sərhəd polisinin də bir neçə əməkdaşı həlak olub.

İnsident ardınca, Pakistanla Əfqanıstan arasında Çəmən sərhəd buraxılış məntəqəsi bağlanıb.

Hadisə ilə yanaşı qeyd edək ki, son vaxtlar Pakistanın parlament və təhlükəsizlik rəsmiləri Əfqanıstanla əlaqələrin genişləndirilməsi məqsədilə Kabilə səfər etmişdilər.

Teqlər