May 14, 2017 14:21 Asia/Baku
  • Yaponiyanın müdafiə naziri: Şimali Koreyanın yeni raket sınağı ehtimal üzrə ballistik olub
    Yaponiyanın müdafiə naziri: Şimali Koreyanın yeni raket sınağı ehtimal üzrə ballistik olub

Yaponiyanın müdafiə naziri bildirib: Şimali Koreyanın sınaqdan keçirdiyi yeni raket ehtimal üzrə ballistik raketin yeni növü olmuşdur.

İRİB-in məlumatına görə, Tomomi İnada bildirib: Şimali Koreya tərəfindən sınaqdan keçirilən raketin qət etdiyi məsafə və zamanı nəzərə alaraq bu ballistik raketin yeni növü olması mümkündür.

Onun dediyinə görə, bu raket təxminən 30 dəqiqə ərzində uçub və onun mənzili 2 min kilometrdir. Bu sahədə çoxlu təhlillər aparılmalıdır.

Şimali Koreya bildirir ki, ABŞ və müttəfiqlərinin Pxenyan əleyhinə təhdidlərinə görə, öz raket və nüvə proqramını genişləndirməyi davam etdirəcək.

Teqlər