May 17, 2017 23:19 Asia/Baku
  • Putin: Tramp Lavrova gizli informasiyalar verməyibdir
    Putin: Tramp Lavrova gizli informasiyalar verməyibdir

Rusiya prezidenti ABŞ prezidentindən həmin ölkəyə informasiyaların sızması məsələsini rədd edibdir.

Vladimir Putin bu gün Soçidə keçirilən mətbuat konfransında Amerika prezidentinin Rusiyanın xarici işlər nazirinə gizli məlumatlar verməsinə dair xəbəri rədd edibdir.

Putin bu məsələnin qaldırılmasını amerikan mediaların siyasi divanəliyi adlandıraraq, deyib ki, ABŞ konqresinin məsləhət görəcəyi halda, Moskva Trampın Lavrovla söhbətinin tam mətnini bu ölkənin nümayəndələrinin ixtiyarına qoymağa hazırdır.

Putin bildirib ki, bu ittihamları ABŞ prezidentinə vuran şəxslər Amerikaya zərbə vururlar və əlbəttə, Rusiya Amerikanın daxili işlərinə qarışmaq niyyətində deyildir.

ABŞ mediaları bildiriblər ki, Tramp ötən həftə Lavrovla görüşdə İŞİD barədə təsnif edilmiş məlumatları üzə çıxarıbdır.

Amerikanın milli təhlükəsizlik müşaviri Herbert Mak Mester bu məsələyə reaksiyada deyibdir ki, Tramp təkcə Amerikanın İŞİD qarşısındakı qabiliyyətləri barədə söhbət edibdir.

Teqlər