May 22, 2017 15:16 Asia/Baku
  • C.Koreya iki Koreya əlaqələrinə yenidən baxacağını deyib
    C.Koreya iki Koreya əlaqələrinə yenidən baxacağını deyib

Cənubi Koreyanın İttifaq Nazirliyi bu gün bildirib ki, özünün şimal qonşusu ilə əlaqələrə xüsusi ilə özəl sektor münasibətlərinə daha yumşaq baxacaq.

Cənubi Koreyanın ittifaq naziri Li Deok Haenq mətbuat konfransında etdiyi çıxışında deyib: Biz dünən Şimali Koreyanın raket sınağının şahidi olduq. Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn bu təhrikamiz hərəkətə raket sınağı ilə qətiyyətli cavab verəcək. Bununla belə yeni hökumətə görə, Koreya yarımadasında durumun həssaslığı və sabitliyin əhəmiyyətini nəzərə alaraq Cənubi Koreya ilə Şimali Koreya arasında əlaqələri kəsmək qəbulediləsi deyil. Məhz buna görə də biz iki Koreya arasındakı əsas məsələləri daha yumşaq şəkildə yenidən nəzərədən keçirməliyik. O sıradan da iki ölkənin özəl sektorları arasındakı münasibətlərə, beynəlxalq ictimaiyyətin Şimali Koreyaya qarşı sanksiyaları çərçivəsindən çıxmamaq şərti ilə yenidən baxılacaq.